Hollivud bu nəhəng şirkətlərin birləşməsini istəmir - SƏBƏB

12:34 - 14 Aprel 2026

Hollivud bu nəhəng şirkətlərin birləşməsini istəmir - SƏBƏB

ABŞ-də arasında çox sayda Hollivud ulduzunun da yer aldığı 1400-dən çox aktyor, rejissor və sənaye işçisi, "Paramount Skydance" ilə "Warner Bros. Discovery" (WBD) arasında planlaşdırılan birləşməyə kəskin şəkildə qarşı olduqlarını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Emma Thompson, Mark Ruffalo, Javier Bardem və Denis Villeneuve kimi tanınmış simaların da imza atdığı açıq məktubda "Warner Bros" və "Paramount"un birləşmə planına qarşı çıxılıb.


Məktubda bu birləşmənin media strukturlarını daha da təkəlləşdirəcəyi və rəqabəti azaldacağı qeyd olunub. Bunun həm sənaye işçiləri, həm də izləyicilər üçün mənfi nəticələr doğuracağı vurğulanıb. Birləşmə gerçəkləşərsə, istehsal ekosistemində daha az iş imkanı, daha yüksək xərclər və izləyicilər üçün daha məhdud seçimlər yaranacağına diqqət çəkilən məktubda sənayenin artıq ciddi təzyiq altında olduğu qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az