Çin İranı silahla təchiz edib? - Rəsmi cavab

13:10 - 14 Aprel 2026

Çin İranı silahla təchiz edib? - Rəsmi cavab

Çin XİN ABŞ-İran müharibəsi zamanı İrana silah təchizatı təmin edildiyi barədəki iddiaları təkzib edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciaokun iddialara tamamilə uydurma cavabını verərək, ABŞ-nin Hörmüz boğazındakı blokada qərarını da tənqid edib.


Quo Ciaokun ABŞ-ın Hörmüz boğazındakı blokada qərarına dair təhlükəli və məsuliyyətsiz açıqlama verib. O, müvafiq tərəflər tərəfindən razılaşdırılmış müvəqqəti atəşkəsə baxmayaraq, ABŞ-nin hərbi göndərişlərini artırdığını və hədəfli bir blokada tətbiq etdiyini vurğulayıb. Quo bu addımın münaqişəni daha da şiddətləndirəcəyini, həssas atəşkəsi pozacağını və boğazdakı gəmiçilik təhlükəsizliyini daha da riskə atacağını qeyd edib.


Sözçü həmçinin Çinin bütün tərəfləri atəşkəsə hörmət etməyə, dialoq və sülh danışıqlarına bağlı qalmağa, regional gərginliyi azaltmaq üçün konkret addımlar atmağa və boğazda normal keçid trafikinin ən qısa zamanda bərpa olunmasını təmin etməyə çağırdığını əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az