Fransız lüks istehlak şirkəti Louis Vuittonun ilk rübdəki satışları İran müharibəsinin təsiri ilə azalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunun nəticəsində şirkətin səhmləri isə 2 faiz düşüb.
LVMH lüks istehlak sahəsində öncüllərdən biri olaraq maliyyə hesabatını ilk təqdim edən şirkət olub. Açıqlamada İrandakı müharibənin qrupun qlobal satışlarını 1 faiz azaldığını bildirdi. Müharibə Dubay kimi Bəsrə körfəzindəki şəhərlərdə xərclərin azalmasına səbəb olub, alış-veriş üçün bölgə ölkələrindən Avropaya səyahətlər də azalıb.
Şirkətin Maliyyə İşlərindən Məsul Müdiri Sesil Kabani LVMH-nin satışlarının ümumilikdə təxminən 6 faizini təşkil edən ticarət mərkəzlərindəki satışların 30 ilə 70 faiz arasında azaldığını söyləyib.