ABŞ-İran danışıqlarının növbəti raundu bu tarixdə keçirilə bilər 

18:21 - 15 Aprel 2026

ABŞ-İran danışıqlarının növbəti raundu bu tarixdə keçirilə bilər 

ABŞ və İran, münaqişənin tənzimlənməsi üzrə danışıqları növbəti həftə Pakistanda bərpa edə bilər.


Manset.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Danışıqların yeni raundunun aprelin 11-12-də İran və ABŞ nümayəndələrinin görüşünün keçirildiyi Pakistanın paytaxtı İslamabadda baş tutacağı gözlənilir.

The Wall Street Journal bildirib ki, ABŞ və İran yeni danışıqlar raundu keçirməyə razılaşıblar, lakin görüşün dəqiq tarixi və yeri hələ müəyyən edilməyib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların yaxın iki gün ərzində bərpa oluna biləcəyini bəyan edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az