İran Pakistandan başqa heç yerdə danışıqlar aparmaq istəmir

23:14 - 15 Aprel 2026

İran Pakistandan başqa heç yerdə danışıqlar aparmaq istəmir

İran İslamabaddan başqa heç bir yerdə ABŞ ilə növbəti danışıqlar raundunu keçirməyi düşünmür.


Manset.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bir sıra Avropa ölkələrinin Amerika-İran dialoquna ev sahibliyi etmək istəyinə baxmayaraq, danışıqların yerini dəyişdirmək barədə heç bir qərar qəbul edilməyib.

Xatırladaq ki, jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına Ağ Evin mətbuat katibi Karolayn Levitt danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az