ABŞ-dən İranla bağlı gəmi və təşkilatlara SANKSİYA

13:44 - 16 Aprel 2026

ABŞ-dən İranla bağlı gəmi və təşkilatlara SANKSİYA

ABŞ Xəzinə Nazirliyi İranla əlaqəli olduğu iddia edilən şəxslərə gəmilərə və təşkilatlara qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin bəyanatında sanksiya tətbiq olunanlar arasında 3 şəxs, 9 gəmi və 17 təşkilatın olduğu bildirilir.


Nazirlik açıqlamasında belə deyilir: "Bugün ABŞ Xəzinə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC), İranın qanunsuz neft daşınması infrastrukturuna təzyiqi artıraraq, İranlı neft daşınması nəhəngi Məhəmməd Hüseyn Şamhani adına fəaliyyət göstərən 20-dən çox şəxs, şirkət və gəmi ilə bağlı sanksiya tətbiq etdi".


Açıqlamada qeyd olunur ki, Şamhani İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Şamhaninin oğludur. "Prezident Trampın rəhbərliyi altında Xəzinə Nazirliyi İranın qanunsuz qaçaqmalçılıq və terrorist yerli şəbəkələrini kəsməyə davam edəcək. Maliyyə qurumları Xəzinə Nazirliyinin Tehranla əlaqəli terror fəaliyyətlərini dəstəkləyənlərə qarşı ikinci dərəcəli sanksiyalar da daxil olmaqla bütün alət və səlahiyyətlərdən istifadə edəcəyini bilməlidir" - ifadələri də yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az