İtaliyanın Napoli şəhərində gündüz saatlarında silahlı soyğunçuluq hadisəsi baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, silahlı bir qrup Credit Agricole bankasını soyduqdan sonra 25 nəfəri rehin alaraq yer altı tunellərindən qaçmağı bacarıb.
Hadisə yerli vaxtla günorta saatlarında başlayıb, polis qüvvələri banka filialını qısa müddət ərzində mühasirəyə alıb.
Təxminən iki saat davam edən danışıqların ardından rəhin götürülmüş şəxslər azad edilib, amma soyğunçuların izinə rast gəlinməyib.