Mütəxəssislər bildirirlər ki, məktəblərdə zorakılıq təkcə fiziki deyil, psixoloji və rəqəmsal formada da geniş yayılıb. Uşaqlarda zorakı məzmun paylaşımı, qəfil əhval dəyişiklikləri, qəzəb partlayışları və sosial təcrid kimi davranışlar erkən xəbərdarlıq əlamətləri hesab olunur.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, psixoloq Meryem İlhan qeyd edir ki, valideynlərin “mənim uşağım belə deyil” yanaşması yanlışdır.
Onun sözlərinə görə, uşaqlar ev və məktəbdə fərqli davranış sərgiləyə bilər və müəllim müşahidələri mütləq nəzərə alınmalıdır.
Mütəxəssislər həmçinin zorakılıq saçan video oyunlar və rəqəmsal məzmuna nəzarətsiz çıxışın uşaqlara mənfi təsir etdiyini vurğulayır. Valideynlərə uşaqları ilə açıq ünsiyyət qurmaq, davranış dəyişikliklərini izləmək və zərurət olduqda psixoloji dəstək almaq tövsiyə olunur.