Polşa Müdafiə naziri NATO-dan xərcləri artırmağı tələb edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın Baş nazir müavini və Müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO üzv ölkələrinə müdafiə xərclərini artırmaq çağırışı edib.
Kosinyak-Kamış bildirib ki, alyans üzvləri xərcləri ÜDM-in 5 faizinə çatdırmaq üçün 2035-ci ilə qədər gözləməməlidir: “Bu hədəfə 2030-cu ilə qədər çatmaq lazımdır, çünki daha sonra çox gec ola bilər”.