Hindistanın Uttar Pradesh əyalətində bir ailəni daşıyan qayıq Yamuna çayında şiddətli yağış nəticəsində batıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 3 uşaq isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Məlumata görə, qayıq bir toy mərasimi sonrası meyvə toplamaqdan qayıdarkən alabora olub. Qəzaya səbəb şiddətli yağış və çaydakı sürətli axın olub.
Hadisə Hindistanın şimalında, Uttar Pradesh əyalətinə bağlı Hamirpur bölgəsində gecə saatlarında baş verib.