Zelenski ABŞ-də keçiriləcək danışıqların mövzusunu açıqladı

19:18 - 07 May 2026

Zelenski ABŞ-də keçiriləcək danışıqların mövzusunu açıqladı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun bu gün ABŞ Prezidentinin nümayəndələri ilə aparacağı danışıqlarda əsir mübadiləsinin davam etdirilməsi müzakirə olunacaq.


Manset.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram-da danışıqların mövzusunu açıqlayıb.

    “Birinci humanitar istiqamətdir. Ümid edirik ki, əsirlərin azad olunmasının yeni mərhələsini həyata keçirmək mümkün olacaq.

    İkinci istiqamət diplomatik prosesin fəallaşdırılmasıdır. Biz Amerika ilə daimi əlaqədəyik və tərəfdaşların Rusiya ilə müvafiq təmaslarından xəbərdarıq. Bunun layiqli sülhün yaxınlaşmasına və təhlükəsizliyin təmin olunmasına kömək etməsi üçün çalışırıq. Təəssüf ki, hətta atəşkəs rejimi məsələsində də Rusiya konstruktiv mövqe nümayiş etdirmir. Biz bunu görürük.

    ABŞ ilə əməkdaşlığımız çərçivəsində Təhlükəsizlik və Müdafiə Şurasının katibi üçün təhlükəsizliklə bağlı bir neçə konkret tapşırıq var. Bugünkü görüşlərin nəticələri ilə bağlı ətraflı məruzə gözləyirəm”, - Ukrayna lideri qeyd edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az