Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı

11:15 - 08 May 2026

Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı

Cənubi Rusiya Hava Naviqasiyası şöbəsinin inzibati binasına dron hücumu səbəbindən on üç hava limanı dayandırılıb.


Manset.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarında əməliyyatlar müvəqqəti olaraq dayandırılıb".

Nazirlik qeyd edib ki, personal təhlükəsizdir və mütəxəssislər hazırda avadanlığın funksionallığını təhlil edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az