Türkiyənin Aydın vilayətinin Yenipazar rayonundakı məhəllələrdən birində dabaq xəstəliyinin aşkarlanmasından sonra Çinə rayonu da daxil olmaqla iki rayonda ümumilikdə 17 məhəllədə karantin tədbirləri tətbiq olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yenipazar rayonunun Hacıköselər məhəlləsində qeydə alınan dabaq xəstəliyi ilə əlaqədar əlavə tədbirlər görülüb. Xəstəliyin aşkarlandığı məhəllə və ona yaxın yerləşən Karacaören, Paşaköy, Çavdar, Eğridərə, Qoyunlar, Alioğulları və Karaçakal məhəllələri, həmçinin Çinə rayonundakı İbrahimkavağı, Bağlarbaşı, Bərəkət, Çatak, Sarnış, Subaşı, Eldərəsi, Kavşit və Kırkışık məhəllələrində karantin rejimi tətbiq edilməyə başlanıb.
Bildirilib ki, karantin qərarı qüvvədə qaldığı müddətdə həmin məhəllələrdə heyvanların hərəkəti tam dayandırılıb. Bu çərçivədə adıçəkilən 17 məhəllədə heyvanların gətirilməsi və aparılması, eləcə də alqı-satqısının həyata keçirilməsi qadağan edilib.