Meksikanın Los Moçis şəhərində yerləşən ticarət mərkəzində yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində ilkin məlumata əsasən azı 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yerli mətbuatın yaydığı xəbərlərə görə, Los Moçis şəhərində yerləşən “Plaza Fiesta Las Palmas” adlı ticarət mərkəzində yerli vaxtla saat 14:30 radələrində hələlik müəyyən edilməmiş səbəbdən güclü yanğın başlayıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Bildirilib ki, yanğın saat 16:50-yə olan məlumata əsasən böyük ölçüdə nəzarət altına alınıb.