ABŞ dövlət katibi Marco Rubio mümkün razılaşma ilə bağlı İrandan cavab gözlədiklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, “Bu gün İran tərəfindən cavab almalıyıq. Ancaq hələlik hər hansı cavab daxil olmayıb. Ümid edirəm ki, ortada ciddi təklif var” - deyə açıqlama verib.
ABŞ dövlət katibi Vaşinqton administrasiyasının müharibənin dayandırılmasına yönəlmiş təklifinə İranın bu gün cavab verəcəyini gözlədiklərini söyləyib.