Dünya Səhiyyə Təşkilatı rəsmiləri üç nəfərin həyatını itirdiyi “MV Hondius” gəmisindəki vəziyyəti 2018–2019-cu illərdə Argentinanın Pataqoniya bölgəsində qeydə alınmış digər hantavirus yayılması ilə müqayisə ediblər.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, virus gəmirici mənbəyindən insanlara keçdikdən sonra simptomlar göstərən üç nəfər izdihamlı ictimai tədbirlərdə iştirak edib. Həmin şəxslər doğum günü mərasiminə, dəfn mərasiminə və həkim qəbuluna qatılıblar.
Bildirilib ki, əsas daşıyıcısı siçanlar olan virusun insandan insana keçməsi nəticəsində geniş yayılma baş verib və bu hadisələr “superyayıcı” hallar kimi qiymətləndirilib.
Qeyd olunan yayılma nəticəsində ümumilikdə 34 nəfər virusa yoluxub, 11 nəfər isə həyatını itirib.