logo
logo logo
logo

İsveç sığınacaq axtaran şəxslərlə bağlı yeni qərar verdi

15:14 - 11 İyun 2026

İsveç sığınacaq axtaran şəxslərlə bağlı yeni qərar verdi

İsveç Parlamentinin dəstəklədiyi sığınacaq axtaran şəxslərə verilən daimi yaşamaq icazələrinin ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sveriges Radio parlamentdə keçirilən səsvermə zamanı sığınacaq axtaranlar və bəzi digər miqrant kateqoriyaları üçün daimi yaşamaq icazələrinin ləğvini nəzərdə tutan qanun layihəsinin səs çoxluğu ilə qəbul edildiyini bildirib.

Yeni qaydalara əsasən, iyulun 12-dən etibarən İsveçdə sığınacaq axtaran şəxslərə və müəyyən digər miqrant qruplarına yalnız müvəqqəti yaşamaq icazəsi veriləcək.

Bildirilib ki, yeni qanun hazırda daimi yaşamaq icazəsinə malik şəxslərə şamil olunmayacaq. Bununla belə, gələcəkdə ediləcək müraciətlər zamanı daimi yaşamaq icazəsi almaq imkanı tamamilə aradan qaldırılacaq.

Qanun dəyişikliyi İsveçin miqrasiya siyasətinin daha sərt qaydalar əsasında tənzimlənməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az