ABŞ Prezidenti Donald Tramp sosial media hesabından İranla bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, “Amerika Birləşmiş Ştatları bu gecə İranı çox sərt şəkildə vuracaq”, - deyə bildirib.
Trampın açıqlamasına görə, hərbi əməliyyat çərçivəsində İranın donanması, hava qüvvələri, radar və uçuşa qarşı müdafiə sistemləri daxil olmaqla əsas hərbi imkanları hədəf alınacaq.
O bildirib ki, yaxın gələcəkdə ABŞ əvvəllər hərbi hədəfləri vurduğu Hark Adası və digər neft infrastrukturu obyektlərini ələ keçirəcək və neft-qaz bazarları üzərində tam nəzarət təmin edəcək. Tramp bu əməliyyatın Venesuelada həyata keçirilən hərbi addımlara bənzər şəkildə aparılacağını və hər iki ölkə üçün uğurlu nəticələr verəcəyini vurğulayıb.
Hazırda bu açıqlamanın reallığı və ABŞ-İran münasibətlərinə təsirləri barədə rəsmi təsdiq və analitik qiymətləndirmələr davam edir.