İtaliyanın Rieti şəhəri yaxınlığında yerləşən fişəng istehsalı zavodunda partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər həyatını itirib.
Məlumata görə, paytaxt Romadan təxminən 80 kilometr şimalda yerləşən zavodda partlayış yerli vaxtla saat 09:00 radələrində naməlum səbəbdən baş verib.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.
Aparılan axtarış-xilasetmə işləri zamanı yanğınsöndürənlər hadisə yerində biri qadın olmaqla 2 nəfərin meyitini aşkar ediblər.
Partlayışın başvermə səbəbi araşdırılır.