logo
logo logo
logo

Uçuş müəllimi özünü atdı - Təyyarədə tələbə tək qaldı

13:48 - 09 İyul 2026

Uçuş müəllimi özünü atdı - Təyyarədə tələbə tək qaldı

Argentinada təlim uçuşu zamanı pilot-təlimatçı Leandro Andres Bertatso hərəkətdə olan təyyarədən atlayaraq həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə tək qalan 22 yaşlı tələbə isə yaşadığı təşvişə baxmayaraq, hava gəmisini təhlükəsiz şəkildə yerə endirməyi bacarıb.

Hadisə Argentinanın Toledo şəhərində baş verib.

Məlumata görə, 42 yaşlı uçuş təlimatçısı Leandro Andres Bertatso tələbəsi ilə birlikdə Cessna 150 tipli təyyarə ilə təlim uçuşu həyata keçirərkən hələlik məlum olmayan səbəbdən kabinənin qapısını açaraq özünü aşağı atıb.

Yerli KİV-in məlumatına əsasən, Bertatso təyyarədən atlamazdan əvvəl tələbəsi Rosarioya "Nə etməli olduğunu bilirsən, davam et" deyib. Daha sonra qulaqlığını və təhlükəsizlik kəmərini çıxararaq təyyarəni tərk edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az