logo
logo logo
logo

Dünyaca məşhur müğənni vəfat etdi - FOTO

14:37 - 09 İyul 2026

Dünyaca məşhur müğənni vəfat etdi - FOTO

"Total Eclipse of the Heart", "Holding Out for a Hero" və "It's a Heartache" kimi məşhur mahnıları ilə dünya üzrə tanınan əfsanəvi müğənni Boni Taylerin vəfat etdiyi açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Uels əsilli sənətçinin rəsmi internet səhifəsində yayılan məlumatda onun müalicə aldığı xəstəlik səbəbindən Portuqaliyada yerləşən xəstəxanada gözlənilmədən həyatını itirdiyi bildirilib.

Açıqlamada deyilir:

"Boni Taylerin ailəsi və komandası olaraq böyük kədərlə bildiririk ki, o, müalicə aldığı xəstəlik səbəbindən ötən gecə Portuqaliyada yerləşən xəstəxanada gözlənilmədən dünyasını dəyişib".

Qeyd olunur ki, məşhur ifaçı may ayında Portuqaliyada təcili bağırsaq əməliyyatı keçirib və bundan sonra süni komaya salınıb. Ötən ay yayılan məlumatda Taylerin komadan çıxdığı, lakin vəziyyətinin hələ də ağır olduğu və reanimasiya şöbəsində müalicəsinin davam etdiyi qeyd edilmişdi.

Sənətçinin iyunun 18-də İstanbulun Harbiye Cemil Topuzlu Açıqhava Teatrında keçirilməsi planlaşdırılan konserti də səhhətində yaranan problemlər səbəbindən təxirə salınmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az