logo
logo logo
logo

Fransada dəhşətli istilər - 72 vilayətdə XƏBƏRDARLIQ

16:54 - 09 İyul 2026

Fransada dəhşətli istilər - 72 vilayətdə XƏBƏRDARLIQ

Avropada müşahidə olunan güclü istilər fonunda Fransada yüksək temperaturla əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın milli meteorologiya xidməti "Météo-France" ölkənin 72 vilayətində havanın kəskin istiləşməsi səbəbindən "narıncı" təhlükə səviyyəsinin elan olunduğunu açıqlayıb.

Məlumata görə, günün ikinci yarısında bəzi bölgələrdə havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Meteoroloqlar isti hava şəraitinin həftəsonunadək davam edəcəyini bildiriblər.

Rəsmilər əhaliyə zəruri ehtiyat tədbirlərinə riayət etməyi, xüsusilə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az