logo
logo logo
logo

4 yaşlı uşağa Pitbul hücum etdi

17:28 - 09 İyul 2026

4 yaşlı uşağa Pitbul hücum etdi

Almaniyada pitbul cinsli itin hücumuna məruz qalan 4 yaşlı qız uşağı həyatını itirib.


Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hadisə Maqdeburq şəhəri yaxınlığındakı Osternienburqer Land bölgəsində baş verib.

Bildirilir ki, ailəyə məxsus pitbul evdə olarkən 4 yaşlı qıza hücum edib.

Polisin məlumatına əsasən, ağır xəsarətlər alan azyaşlıya dərhal tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hücum edən pitbul uşağın anasına məxsus olub və ailə ilə eyni evdə saxlanılırmış.

Polis itin götürülərək heyvan sığınacağına təhvil verildiyini açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az