Yunanıstandan havaya qalxan sərnişin təyyarəsində uçuş zamanı qorxulu anlar yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin mühərrikindən qopan hissənin pəncərəyə çırpılması nəticəsində bir sərnişin xəsarət alıb.
Məlumata görə, Salonikidən Almaniyanın Münhen şəhərinə uçan “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsində Skopye yaxınlığında uçuş zamanı ciddi mühərrik nasazlığı baş verib.
Pilotlar mühərriklərdən birində yaranan nasazlığın havada aradan qaldırıla bilməyəcəyini müəyyən edərək təyyarənin təhlükəsiz şəkildə Salonikiyə qayıtmasına qərar veriblər.