Moskva vilayətinin Zaraysk şəhərində 19 nəfər kafeyə getdikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
Manset.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi öz Teleqram kanalında məlumat yayıb.
İdarənin məlumatına görə, insanlar iyulun 9-u və 10-da tibb müəssisəsinə yerləşdiriliblər. Onlardan 16-sının eyni kafedə yemək yediyi müəyyən edilib. Zərərçəkənlər arasında yetkinlik yaşına çatmayan yeddi şəxs var.
Onların hamısı suşi yeyib. Hazırda zəhərlənənlərə tibbi yardım göstərilir. Moskva vilayəti Səhiyyə Nazirliyinin məlumatına görə, 12 pasiyentin vəziyyəti orta ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.