logo
logo logo
logo

Nigeriyada silahlı hücum

19:45 - 12 İyul 2026

Nigeriyada silahlı hücum

Nigeriyada törədilən silahlı hücumda 10 nəfər həyatını itirib.


Manset.az xəbər verir ki, şəxsiyyəti hələ müəyyənləşdirilməyən silahlı şəxslər tərəfindən Otukpo-Nobi kəndinə hücum təşkil edilib.

Hücumda 10 nəfər ölüb, çox sayda insan yaralanıb.

Bölgə rəsmiləri hücumun törədildiyi kəndə təhlükəsizlik qüvvələrinin göndərildiyini, hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Nigeriya, uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, Boko Haram və İŞİD-in Qərbi Afrika qolu ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az