İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında təhlükəsiz olmayan marşrutla hərəkət etməyə çalışan iki neft tankerinin “partladığını” açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında gəmi keçidlərinə dair bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, iki neft tankeri ABŞ-nin təzyiqi ilə təhlükəsiz olmayan marşrutdan istifadə etməyə çalışarkən partlayıb. Partlayışın səbəbi ilə bağlı isə hər hansı məlumat verilməyib.
Açıqlamada həmçinin İranın müəyyən etdiyi marşrutdan kənar bütün yolların gəmi hərəkəti üçün təhlükəli olacağı barədə xəbərdarlıq edilib. İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri xarici müdaxilələrin yaratdığı qeyri-sabit təhlükəsizlik vəziyyətinə görə Hörmüz boğazının bağlandığını daha əvvəl açıqlamışdı.