logo
logo logo
logo

"Danışıqların yenidən başlaması mümkündür" - İrandan vacib AÇIQLAMA

17:37 - 20 İyul 2026

\"Danışıqların yenidən başlaması mümkündür\" - İrandan vacib AÇIQLAMA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkənin milli maraqları nəzərə alınacağı təqdirdə ABŞ ilə danışıqların yenidən başlamasının mümkün olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Tehranda keçirdiyi həftəlik mətbuat konfransında bəzi vasitəçi ölkələrin İrana müxtəlif mesajlar çatdırdığını qeyd edib.

Bəqayi vurğulayıb ki, “ya danışıqlar, ya müharibə” seçimi İranın maraqlarına xidmət etmir. Onun sözlərinə görə, İran öz milli maraqlarını bəzi hallarda müdafiə vasitələri, bəzi hallarda isə diplomatik yollarla qoruyur.

Sözçü Hörmüz boğazı ilə bağlı da danışaraq bildirib ki, İranın bu strateji su yolu üzərindəki suveren hüquqları müzakirə mövzusu deyil. O əlavə edib ki, Tehran boğaz üzərində nəzarətini qorumaqda qərarlıdır və Hörmüz boğazından İranın milli təhlükəsizliyinə qarşı istifadə olunmasına imkan verməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az