logo
logo logo
logo

Aİ-dən məşhur onlayn alış-veriş platformasına böyük CƏZA

17:43 - 20 İyul 2026

Aİ-dən məşhur onlayn alış-veriş platformasına böyük CƏZA

Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktı çərçivəsində qanunsuz məhsulların satışının qarşısını lazımi səviyyədə almadığı üçün AliExpress platformasına 550 milyon avro məbləğində cərimə tətbiq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, sözügedən qanun çərçivəsində indiyədək verilən ən böyük maliyyə sanksiyası hesab olunur.

Komissiyanın açıqlamasına görə, platforma saxta geyimlərin, təhlükəli oyuncaqların və digər qanunsuz məhsulların satışının qarşısını almaqla bağlı öhdəliklərini yerinə yetirməyib. Avropa Komissiyasının nümayəndəsi Henna Virkkunen bildirib ki, onlayn alış-verişdə saxta və təhlükəli məhsulların yayılması qaçılmaz hal deyil və AliExpress-in məsuliyyətini yerinə yetirməməsi bu cəriməyə səbəb olub.

Qərara əsasən, AliExpress oktyabr ayının sonunadək qanunsuz və təhlükəli məhsulların platformada satışının qarşısını necə alacağına dair fəaliyyət planını Avropa Komissiyasına təqdim etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az