logo
logo logo
logo

ABŞ İranla müharibədə bu qədər pul xərcləyib

10:07 - 22 İyul 2026

ABŞ İranla müharibədə bu qədər pul xərcləyib

ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ Senatının Mənimsəmələr Komitəsində Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) əlavə büdcə tələbi ilə bağlı senatorların suallarını cavablandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranla müharibənin ABŞ üçün maliyyə yükü barədə suala cavab verən nazir deyib: "Bu günə olan məlumata əsasən, xərc 37,5 milyard dollar təşkil edir".

Heqset qeyd edib ki, açıqlanan məbləğə cari ilin 30 sentyabr tarixinədək gözlənilən xərclər də daxildir.

Nazir vurğulayıb ki, Pentaqonun əlavə büdcə tələbi zərurətdən irəli gəlir.

"Bildiyiniz kimi, cəsarətli və operativ qərarların qəbul edilməsini tələb edən təhlükəli bir dünyada yaşayırıq. 2026-cı maliyyə ili üzrə əlavə büdcə tələbinin səbəbi də məhz budur", – deyə o bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az