logo
logo logo
logo

Ebola sürətlə yayılır - Ölənlərin sayı kəskin artdı

10:11 - 04 Avqust 2026

Ebola sürətlə yayılır - Ölənlərin sayı kəskin artdı

Konqo Demokratik Respublikasında may ayında başlayan Ebola epidemiyası getdikcə daha da ağırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 2-də dərc etdiyi son vəziyyət hesabatına əsasən, epidemiya ölkə tarixində qeydə alınmış ən böyük Ebola yayılmasına çevrilib. Virus artıq beş əyalətə yayılıb və 3 min 600-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

ÜST-ün məlumatına görə, epidemiya Ebola virusunun nadir rast gəlinən Bundibuqyo növündən qaynaqlanır.

Təşkilatın son statistikasına əsasən, ümumilikdə 3 min 626 təsdiqlənmiş yoluxma halı müəyyən edilib, 1 min 589 nəfər isə həyatını itirib. Yoluxmaların 3 min 605-i Konqo Demokratik Respublikasında, 20-si Uqandada, biri isə Fransada qeydə alınıb.

İyulun 30-na olan məlumata görə, Konqo Demokratik Respublikasında 3 min 605 təsdiqlənmiş yoluxma və 1 min 587 ölüm faktı qeydə alınıb. Ölkədə təsdiqlənmiş yoluxmalar arasında ölüm göstəricisi 44 faiz təşkil edir. Bununla yanaşı, azı 651 xəstə sağalaraq xəstəxanadan buraxılıb.

Son epidemiya 2018–2020-ci illərdə baş vermiş və 3 min 317 təsdiqlənmiş yoluxma halının qeydə alındığı Ebola epidemiyasını geridə qoyaraq Konqo Demokratik Respublikası tarixində ən iri Ebola epidemiyası kimi qeydə alınıb. Qlobal miqyasda isə bu epidemiya yalnız 2014–2016-cı illərdə Qərbi Afrikada 28 mindən çox yoluxma halının müşahidə edildiyi Ebola böhranından sonra ikinci ən böyük epidemiya hesab olunur.

Epidemiya ilkin mərhələdə İturi əyalətinin Monqbvalu səhiyyə bölgəsində cəmləşsə də, cəmi iki ay ərzində sürətlə genişlənib. Hazırda yoluxma halları İturi, Şimali Kivu, Cənubi Kivu, Ot-Uele və Tşopo əyalətlərində yerləşən 49 səhiyyə bölgəsində qeydə alınır.

ÜST ölkədə epidemioloji risk səviyyəsini "çox yüksək" kimi qiymətləndirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az