logo
logo logo
logo

Avtobus ilə yük maşını toqquşdu - 14 nəfər öldü

13:26 - 04 Avqust 2026

Avtobus ilə yük maşını toqquşdu - 14 nəfər öldü

Uqandanın Kaluqu rayonunda sərnişin mikroavtobusu ilə qum yüklü yük avtomobili toqquşub. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Uqanda polisinin yaydığı məlumata görə, yol-nəqliyyat hadisəsi bazar ertəsi gecəsi Kaluqu rayonundakı Kamunqa Ticarət Mərkəzinin yaxınlığında baş verib.

Sərnişindaşıma ilə məşğul olan mikroavtobusun qum yüklü yük avtomobili ilə toqquşması nəticəsində mikroavtobusda olan 14 nəfər hadisə yerində həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Səlahiyyətli qurumlar bildiriblər ki, qəzadan sonra hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az