logo
logo logo
logo

İnsanların gələcəkdə yaşayacaqları planet ortaya çıxdı - Yeni kəşf 

17:19 - 04 Avqust 2026

İnsanların gələcəkdə yaşayacaqları planet ortaya çıxdı - Yeni kəşf 

Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən və insan həyatı üçün əlverişli şəraitə malik ola biləcəyi ehtimal edilən yeni planet aşkar ediblər.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tədqiqatçılar planetin atmosferi ilə bağlı ilkin nəticələrin ümidverici olduğunu bildiriblər.

Aşkarlanan səma cismi Yerin kütləsindən təxminən beş dəfə böyük olduğuna görə "super Yer" sinfinə aid edilir. Bildirilir ki, planet öz ulduzunun yaşayış üçün əlverişli hesab olunan zonasındakı orbit üzrə hərəkət edir və onun səth temperaturu maye halında suyun mövcudluğuna imkan verə biləcək səviyyədədir.

Alimlər qeyd edirlər ki, müşahidələrin nəticələri təsdiqlənərsə, bu, başqa bir ulduz sistemində yaşayış üçün əlverişli xüsusiyyətlərə malik olduğu müəyyən edilən ilk planetlərdən biri ola bilər.

Bununla yanaşı, mütəxəssislər planetdə həyatın mövcudluğunu təsdiqləyən hər hansı qəti sübutun hələlik olmadığını vurğulayıblar. Onların sözlərinə görə, planetin atmosferinin tərkibini və mümkün həyat izlərini müəyyən etmək məqsədilə müşahidə və elmi araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az