Son dövrlər həddindən artıq arıqlaması ilə diqqət çəkən dünya şöhrətli müğənni Ariana Qrande haqqında əvvəllər də səsləndirilən anoreksiya ilə mübarizə apardığı iddiaları yenidən gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu iddiaların onu ciddi narahat etdiyini bildirən məşhur sənətçi bitib-tükənməyən ictimai təzyiq səbəbindən sentyabrın 1-də başa çatacaq "Eternal Sunshine" dünya turundan sonra bir müddət ictimaiyyətdən uzaq qalacağını açıqlayıb.
"Problem", "Break Free", "Into You", "No Tears Left To Cry", "7 Rings", "Thank U, Next", "Positions" və "We Can't Be Friends" kimi hit mahnılarla dünya pop musiqisinin aparıcı simalarından birinə çevrilən Ariana Qrande təkcə musiqi hit-paradlarında deyil, rəqəmsal platformalarda da ardıcıl rekordlara imza atıb.
Güclü səsi və geniş vokal diapazonu ilə milyonlarla pərəstişkar qazanan müğənni çoxsaylı "Grammy" mükafatlarına layiq görülüb və milyonlarla albom satışı ilə dünya musiqi sənayesinin ən uğurlu ifaçılarından biri kimi tanınıb.