ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, Tehranla keçirilən təmaslar müsbət məcrada davam edir və qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq.
Tramp İranla davam edən diplomatik proseslə bağlı nikbin olduğunu vurğulayaraq deyib ki, Vaşinqton administrasiyasının əsas prioriteti Hörmüz boğazının tam şəkildə fəaliyyətini bərpa etməsidir.
ABŞ Prezidenti İranla çox yaxşı danışıqlar aparıldığını qeyd edib və Hörmüz boğazı ilə bağlı yaxın zamanda müsbət nəticənin əldə olunacağına ümid etdiyini bildirib.
Tramp bundan əvvəlki açıqlamalarında da danışıqların qısa müddətdə yekunlaşacağını gözlədiyini ifadə etmişdi. Onun sözlərinə görə, prosesin ilk mərhələsi Hörmüz boğazının tam açılması, ikinci mərhələsi isə İranın nüvə proqramı ilə bağlı danışıqların aparılması olacaq.