İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullahın atəşkəs rejimini ciddi şəkildə pozduğunu bildirərək, bölgədə dəqiq zərbələr endirdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
Bildirilib ki, zərbələr endirilməzdən əvvəl Livanın cənubundakı Mansuri kəndinin sakinlərinə təxliyə ilə bağlı xəbərdarlıq edilib. Kənd İsrail ordusunun nəzarətində olan təhlükəsizlik bufer zonasında yerləşir.
İsrail hərbçiləri bildiriblər ki, Livan ordusunun müşayiəti ilə mülki şəxslər Mansuri kəndinə daxil olub və hərbçilər burada razılaşmaların şərtlərini pozaraq yol-nəzarət məntəqəsi qurublar.
Bölgədə hərbi əməliyyatlar davam etdiyi üçün sakinlərin təhlükəsizliyi məqsədilə kənd boşaldılıb.
İsrail ordusu Hizbullahın atəşkəsi hansı konkret hərəkətlə pozduğuna dair hələlik əlavə məlumat açıqlamayıb.