ABŞ Prezidenti Donald Tramp ölkəsinin ciddi sursat çatışmazlığı ilə üzləşdiyi barədə yayılan məlumatları təkzib edib və bu cür iddiaları yayan şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşdığı açıqlamada ABŞ-nin kifayət qədər hərbi ehtiyata malik olmadığı barədə iddiaları rədd edərək deyib:
"ABŞ-nin, xüsusilə də, müəyyən növ sursatlar üzrə, çox böyük ehtiyatı var. Bundan əlavə, ehtiyac yarandıqca iri həcmdə sursat istehsal olunur və ölkəyə çatdırılır."
ABŞ Prezidenti vurğulayıb ki, müdafiə sənayesi şirkətləri ölkə tarixində görünməmiş miqyasda yeni istehsal müəssisələri və zavodlar inşa edirlər.
Tramp sonda qeyd edib:
"Bu xəyanət xarakterli məlumatları sızdıran şəxslər müəyyən edilir. Onlar barəsində uzunmüddətli həbs cəzalarının tətbiqi tələb olunacaq".