logo
logo logo
logo

Məktəbdə silahlı hücum - 6 ölü, 15 yaralı

10:09 - 07 Avqust 2026

Məktəbdə silahlı hücum - 6 ölü, 15 yaralı

Taylandın Nonthaburi əyalətində yerləşən məktəbdə silahlı hücum baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 6 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə ölkənin paytaxtı Banqkokun şimal-qərbində yerləşən Banq Kruay rayonundakı Debsirin Nonthaburi Məktəbində qeydə alınıb.

Bildirilib ki, hücumu törədən 14 yaşlı şəxs həmin məktəbin şagirdi olub. Onun meyiti hadisə yerində aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunun çantasına baxış zamanı xeyli sayda döyüş sursatı aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az