logo
logo logo
logo

Almaniyada quraqlıq xəbərdarlığı 

10:47 - 07 Avqust 2026

Almaniyada quraqlıq xəbərdarlığı 

Almaniyada həftələrdir davam edən isti hava dalğası və yağıntıların az olması səbəbindən ölkənin ən mühüm su nəqliyyatı marşrutu olan Ren çayında suyun səviyyəsi tarixi minimum həddə enib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, mütəxəssislər yağıntıların kifayət qədər olmaması halında yaxın günlərdə yeni rekord aşağı göstəricilərin qeydə alına biləcəyi barədə xəbərdarlıq ediblər.

Almaniyada təsirini davam etdirən isti hava dalğası və yağıntı çatışmazlığı Ren çayında suyun səviyyəsinin rekord dərəcədə azalmasına səbəb olub.

Xüsusilə Köln, Düsseldorf və Duysburq şəhərləri yaxınlığındakı müşahidə məntəqələrində son illərin ən aşağı göstəriciləri qeydə alınıb. Mütəxəssislər qarşıdakı günlərdə gözlənilən isti havanın suyun səviyyəsini daha da aşağı sala biləcəyini bildiriblər.

Kölndə yerləşən Ren çayı üzrə ölçmə məntəqəsində çərşənbə axşamı səhər saatlarında suyun səviyyəsi qısa müddət ərzində 66 santimetrə qədər enərək indiyədək qeydə alınmış ən aşağı göstəricidən də aşağı düşüb.

Mütəxəssislərin fikrincə, bu göstərici çayda quraqlığın miqyasını və su səviyyəsindəki sürətli azalmanı açıq şəkildə nümayiş etdirir. Bildirilir ki, yağıntılar kifayət etməzsə, yaxın günlərdə Ren çayında suyun səviyyəsi ilə bağlı yeni tarixi minimum göstəricilər qeydə alına bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az