Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus hərbi yük daşıdığı iddia edilən 3 yük gəmisinin vurulduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukraynaya məxsus gəmilərə qarşı əməliyyatlarını davam etdirir.
Açıqlamada qeyd olunub ki, ötən gün və bu gün Qara dənizdə üç quru yük gəmisinə zərbələr endirilib. Rusiya tərəfi həmin gəmilərin hərbi təyinatlı yüklər daşıdığını iddia edib.
Məlumata görə, hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyinin iddiaları ilə bağlı Ukrayna tərəfi hələlik açıqlama verməyib.