logo
logo logo
logo

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqladı

18:52 - 25 Avqust 2026

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqladı

İranın Hörmüz boğazı ilə bağlı mövqe və şərtləri vasitəçi kimi Pakistana elan edilib.


Manset.az Təsnim-ə istinadən xəbər verir ki, bunu məlumatlı mənbə açıqlayıb.

"Ötən gün İrana səfər edən Pakistan ordusunun (Quru Qoşunların komandanı) komandanı Asim Munir Amerika tərəfindən təhdid və ya buna bənzər mesaj gətirməyib, əksinə o, danışıqlar mühitini açmaq istəyir", - mənbə bildirib.

O əlavə edib ki, Munirlə keçirilən görüşlərdə İranın mövqeləri Pakistan tərəfinə şəffaf şəkildə elan edilib: "Amerikanın İslamabad Anlaşma Memorandumuna qayıtması və onun 5-ci bəndini, yəni Hörmüz boğazı üzərində İranın tənzimləmələrini ehtiva edən müddəalarının icrası İranın şərtlərinə daxildir. Bu məsələ Pakistana elan edilib. Pakistan tərəfi bunu Amerika tərəfinə çatdırmağa çalışır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az