logo
logo logo
logo

Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi 

19:07 - 14 Oktyabr 2026

Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi 

Bakıda evin həyətindən oğurluq edilib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.

15 yaşlı İbrahim Əsədov (adı və soyadı şərtidir) qonşularının həyətinə daxil olaraq, 300 manatlıq qaynaq aparatının naqillərini, hər birinin dəyəri 75 manat olan ovuc daşlayıcı (laqonda) və dreli oğurlayıb. Nəticədə ev sahibinə ümumilikdə 450 manat ziyan vurub.

Fakt əsasında İ. Əsədov saxlanılaraq, barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zamanı uşaqlarla futbol oynayırmış. Top qonşulardan birinin həyətinə düşüb və onu götürməyə gedib. Həyətdə dəmir şkafın qapısı açıq qaldığı üçün içərisində naqillərin, laqonda və drelin olduğunu görüb. Onları oğurlayaraq, yolda gizlədib. Sonra isə hər birini satıb. Dəymiş ziyanı anası zərərçəkənə ödəyib.

Zərərçəkən şəxs də, həmçinin yeniyetmənin anası ilə birgə gələrək dəyən ziyanı ödədiyini deyib. O buna görə də, İbrahimə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə İ. Əsədov bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az