Kiprin şimal sahillərində baş vermiş qəza ilə bağlı aparılan araşdırma çərçivəsində "FiloJet" katamaranının kapitanı da daxil olmaqla səkkiz nəfər saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə TRT telekanalı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin sözlərinə istinadən məlumat yayıb.
"Xilasetmə-axtarış işlərinin davam etdirilməsi ilə yanaşı, bu fəlakətin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Gəminin kapitanı və ekipajın yeddi üzvü həbsə alınıb. Açıq şəkildə bəyan etmək istəyirəm ki, bu insidentin hər bir aspekti araşdırılacaq. Hətta ən kiçik səhlənkarlıq belə müəyyən ediləcək", - deyə telekanal Ünal Üstelin sözlərini sitat gətirib.