logo
logo logo
logo

"Vicdansız media"  - Trampdan sərt ittihamlar 

23:33 - 30 Avqust 2026

\"Vicdansız media\"  - Trampdan sərt ittihamlar 

ABŞ Prezidenti Donald Tramp ölkə mediasını bilərəkdən yanlış ictimai rəy sorğularının nəticələrini dərc etməkdə ittiham edib.


Manset.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasında yazıb.

O, Federal Rabitə Komissiyasının (FCC) bununla bağlı tədbir görməli olduğunu bildirib.

"Bizim vicdansız mediamızın istifadə etdiyi saxta sorğular nəzarətdən çıxıb və bununla bağlı nəsə etmək lazımdır. Federal Rabitə Komissiyası, kömək et!", - deyə Tramp yazıb.

Qeyd olunan komissiya ABŞ-də müstəqil federal qurumdur. O, ölkədə televiziya və radio yayımını, eləcə də müxtəlif rabitə vasitələrindən özəl məqsədlərlə istifadəni tənzimləyir.

Son aylarda ABŞ-nin aparıcı media qurumlarının dərc etdiyi bir sıra ictimai rəy sorğularının nəticələri amerikalı liderin reytinqinin aşağı düşdüyünü göstərib.

Tramp həmçinin ABŞ-nin tanınmış NBC telekanalının jurnalisti Kristen Uelkerlə bağlı FCC-yə şikayət göndəriləcəyini bildirib. Onun sözlərinə görə, Uelker Trampın respublikaçıların praymerizlərində namizədlərə dəstəyinin "qarışıq nəticələr" verdiyini deyib.

ABŞ prezidenti bunu jurnalistin "qəsdən yol verdiyi qeyri-dəqiqlik" hesab edir. Trampın fikrincə, onun dəstəyi istənilən respublikaçı siyasətçinin partiyadaxili mübarizədə qalib gəlməsinə və Konqresə aralıq seçkisində namizəd kimi irəli sürülməsinə demək olar ki, zəmanət verir.

ABŞ Konqresinə aralıq seçki noyabrın 3-də keçiriləcək. Seçkidə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az