logo
logo logo
logo

Əlcəzairdə meşə yanğınlarını törədənlərə ölüm hökmü

09:41 - 31 Avqust 2026

Əlcəzairdə meşə yanğınlarını törədənlərə ölüm hökmü

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ölkədə son vaxtlar 12 nəfərin ölümünə səbəb olan meşə yanğınlarını qəsdən törədən şəxslərə ölüm hökmünün verilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanmasına göstəriş verib.


Manset.az dövlət televiziyasına istinadən xəbər verir ki, Təbbun meşə yanğınlarının vurduğu ziyanın aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə keçirilən toplantıya rəhbərlik edib.

Prezident Ədliyyə Nazirinə sentyabrın 15-dək Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini təqdim etməyi tapşırıb.

Hazırlanacaq qanun layihəsi ilə meşəlik əraziləri qəsdən yandıran şəxslərə tətbiq edilən cəzaların ağırlaşdırılması və ölüm hökmünün də sanksiyalar sırasına daxil edilməsi nəzərdə tutulur.

Məlumata görə, ölüm hökmü yalnız qanunla nəzərdə tutulan bütün apellyasiya və məhkəmə prosesləri başa çatdıqdan sonra icra edilə bilər.

Qeyd edək ki, Əlcəzair qanunvericiliyində ölüm hökmü mövcud olsa da, ölkədə 1993-cü ildən bəri bu cəza icra edilmir. Hazırkı qanunlara əsasən, meşə yanğınlarını qəsdən törədənlərə ən ağır halda 30 il həbs və ya bəzi hallarda ömürlük həbs cəzası verilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az