Hindistanın paytaxtı Yeni Dehlidə Hostel Days yataqxana binasının uçması nəticəsində üç nəfər ölüb, onlarla insan dağıntılar altında qalmış ola bilər.
Bu barədə Manset.az India Today-ə istinadən xəbər verir.
Beşmərtəbəli bina Dehli Universiteti kampusunun yaxınlığında yerləşən özəl tələbə yataqxanaları ilə tanınan, əhalinin sıx məskunlaşdığı Satya-Niketan ərazisində yerləşib. Binanın uçması zamanı zirzəmidə təmir işləri aparılırmış.
Yanğınsöndürənlərin məlumatına görə, daha iki insan ağır yaralanıb, altı nəfər isə xilas edilib. 30-40 nəfərin dağıntılar altında qaldığı güman edilir.
"Dağıntılar altında qalan və ya yaralanmış insanların dəqiq sayı hazırda məlum deyil. Əlavə məlumatlar təsdiqləndikcə açıqlanacaq", - Dehli polisinin açıqlamasında deyilir.