ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukrayna lideri Vladimir Zelenskiyə qışdan əvvəl Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda irəliləyiş əldə etmək istədiklərini bildiriblər.
Manset.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Uitkoff və Kuşner həmçinin Zelenskiylə Ukraynanın qışda hərbi əməliyyatlara hazırlıqlarını müzakirə ediblər.
Daha əvvəl Ağ Evin nümayəndəsi "Reuters"ə bildirib ki, Uitkoff və Kuşner Moskvada yaxın həftələrdə elan ediləcək əlavə tədbirlər planlarını müzakirə ediblər.