Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif bölgələrində yerləşən neft emalı zavodlarının və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı obyektlərin vurulduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesablarında yaydığı açıqlamada Ukrayna ordusunun Rusiyanın hücumlarına ədalətli şəkildə cavab verməyə davam etdiyini qeyd edib.
O, Rusiyanın Ryazan vilayətindəki neft emalı zavodunun vurulduğunu bildirərək Perm vilayətində və Tatarıstanda yerləşən neft emalı zavodlarına qarşı uzaqmənzilli zərbələrin endirildiyini açıqlayıb.
Zelenski həmçinin Kursk vilayətində hücum məqsədli PUA-ların saxlanıldığı və buradan buraxıldığı obyektin, eləcə də Qara dənizdəki bir hədəfin vurulduğunu qeyd edib.