logo
logo logo
logo

Sürətlə yayılan epidemiya 81 nəfərin ölümünə səbəb oldu

14:11 - 08 Sentyabr 2026

Sürətlə yayılan epidemiya 81 nəfərin ölümünə səbəb oldu

Fransada 81 nəfərin salmonella bakteriyası səbəbindən xəstələnməsi ilə bağlı aparılan araşdırma nəticəsində epidemiyanın mənbəyi müəyyənləşdirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lot-et-Qaron bölgəsindəki emal müəssisəsindən paylanan balqabaq tumları Fransa, Belçika, Lüksemburq və İsveçrədə mağazaların rəflərindən təcili olaraq yığışdırılmağa başlanılıb.

Fransa İctimai Səhiyyə Agentliyi və Paster İnstitutu tərəfindən aparılan araşdırmalar zamanı Salmonella Enteritidis bakteriyasının səbəb olduğu 81 yoluxma halı müəyyən edilib. Bundan sonra məsələ ilə bağlı genişmiqyaslı araşdırma başlanılıb.

Araşdırmanın nəticələrinə əsasən, epidemiyanın mənbəyinin Lot-et-Qaron bölgəsində yerləşən emal müəssisəsindən paylanan balqabaq tumları olduğu dəqiqləşdirilib.

Bu məhsulların yoluxma riski daşıdığı müəyyənləşdirildikdən sonra həmin məhsul qrupunun təcili olaraq satışdan çıxarılması və bazardan yığışdırılması barədə qərar qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az