logo
logo logo
logo

Məşhur muzeydə 9 milyonluq OĞURLUQ

21:24 - 08 Sentyabr 2026

Məşhur muzeydə 9 milyonluq OĞURLUQ

Fransanın cənubundakı Kanyü-sür-Mer şəhərində yerləşən Renuar Muzeyindən ümumi dəyəri təxminən 9 milyon avro olan sənət əsərlərinin oğurlandığı bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kanyü-sür-Mer şəhərinin meri Brayan Masson sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib: “Bu səhər iki nəfər Renuar Muzeyinə daxil olaraq dörd sənət əsərini oğurlayıb”.

Masson muzeyin siqnalizasiyasının yerli vaxtla saat 05:48-də işə düşdüyünü və beş dəqiqə sonra bələdiyyə polisinin hadisə yerinə gəldiyini bildirib. O, şəhərin təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən iki şəxsin hadisə yerindən qaçdığını qeyd edib.

Cinayətkarların polis tərəfindən fəal şəkildə axtarıldığını bildirən Masson hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.

Masson “Renuar Muzeyinə hücum Kanyü-sür-Mer tarixinin və irsinin bir hissəsinə hücum etmək deməkdir” deyərək ölkədəki muzeylərin və tarixi əsərlərin qorunması məqsədilə genişmiqyaslı təhlükəsizlik layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Yerli mətbuatın məlumatına görə, Masson oğurlanan əsərlərin ümumi dəyərinin təxminən 9 milyon avro olduğunu bildirib. O, oğruların qaçarkən oğurladıqları dörd əsərdən ikisini geridə qoyduqlarını da qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az